Nə yad sözə uyub aldan,
Uzaqda dur qeylü-qaldan.
Xəstə ürəyimi al qan,
Etmə,etmə gəl.
Getmə,getmə gəl.
Piyalələr taxçasında,
Qurumuş gül boxçasında.
Gülüm,əğyar baxçasında,
Ötmə,ötmə gəl.
Getmə,getmə gəl.
Düşmə həsrət qumsalına,
Dönmə nifrət timsalına.
Başqasının vüsalına,
Yetmə,yetmə gəl.
Getmə,getmə gəl.
Sevinc Arzulu
Kayıt Tarihi : 13.6.2018 10:18:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!