Getdin sen Şiiri - Sevinc Arzulu

Getdin sen

Getdin,məni qoydun dərdlə baş-başa,
Ayağın altın yer titrəmədi?
Uzaqdan baxaraq etdin tamaşa,
Şəninə yazdığım şer titrəmədi7

Etdiyin bütüncə pislikləri mən,
Silməyə çalışdım könlümdən.Lakin
Sən demə əbədi gözümdən itən,
Olmusan yad eldə yad evə sakin.

Nə qanun bilirsən, nə də qadağa
Ovçu tək gəzirsən küçələri sən.
Deyirsən gözəllər mənə sadağa,
Eh, bədbəxt etmisən neçələrin sən.

Sevinc Arzulu
Kayıt Tarihi : 5.5.2018 08:24:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu