O günlərin səadəti
Alıb məni aparır,
Son günlərin hərarəti
Ürəyimi qoparır.
Ah, ayrılıq ömrümüzə
Vurar miskin naxışlar.
Qəm qoxulu günümüzə,
Yağar çiskin yağışlar.
Bu yağışın altında biz,
Islandıq iliyədək.
Ayrılığı etdik kəniz,
Bədəlini ödəyək.
Acığını bizdən çıxır,
Əsəbi , gur dalğalar.
Vüsalın ağ evin yıxır,
Nənni kimi yırğalar.
Burda üfüqlər al olur,
Göz yaşları qırmızı.
Gizlənməyən xəyal olur,
Axtarıram o qızı.
Dönüb baxsam o güzgüyə,
O qızı bir də görsəm..
Baxıb dost-doğma cizgiyə.
Sarı teli bir hörsəm.
Olamaz ki daha dərdim,
Nə də ki bir gileyim.
Qəm xalısın yerə sərdim,
Uçub da qonsun leyim.
Sevələyim leyləyimi,
Yuvası çox ucada.
Çıxardım gün eynəyimi,
Gözüm qapı-bacada.
Axtarıram o günləri,
Hara varıb getdilər.
Harda qaldı xoş ünlərim,
Sinəmi yarıb getdilər...
25.04.2019
Sevinc Arzulu
Kayıt Tarihi : 29.4.2019 16:51:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!