Getdi, tənha qoydu sevdam bizləri,
Həsrətin dəymədi yerə dizləri.
Kəsilib vüsalın ayaq izləri,
Hər şey ayrılığa qalacaq deyən.
Qulaqları varmış göyün, yerin də,
Müjdəsini kimə görən verim də...
Ritminə düşməyir bircə şerim də,
Bu fələk çox hava çalacaq deyən.
Deyir küsdüyünü bağışla, barış,
Xeyrinə-şərinə qaynayıb qarış.
Məndən uzaq düşüb köhnə dost-tanış,
Könlümü tək əğyar alacaq deyən.
Kimsə ağlamaz ki ərzi- halına,
Üzünü bəzəyən qəm əhvalına.
Duyur yetməyəcək bal vüsalına,
Ümidim xəyala dalacaq deyən.
Kayıt Tarihi : 5.12.2021 18:03:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!