Getdi bu qatar Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Getdi bu qatar

Həsrətə dözməyə qalmayıb tabım,
Beləmi yazılmış ömür kitabım.
Xeyirli söz ilə bitsin xitabım,
Ilahi, məni bu sevgidən qurtar.

Ruhumun məskəni mavi fəzamı,
Bunca fikir etmək layiq cəzamı?
Düzəlsin dünyanın dövri-nizamı,
Yoxsa ki qəlbimin qüssəsi artar.

Sevdamın quruca qəbri qalmadı,
Dərdin etmədiyi cəbri qalmadı.
Dayanıb dözməyə səbri qalmadı,
Neynəyim, sonunda getdi bu qatar.

Sevinc Arzulu
Kayıt Tarihi : 1.11.2019 15:12:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu