Bal-şəkəri kəm edərdim,
Ala gözü nəm edərdim.
Ağrıları cəm edərdim,
Daha o sol yoxdu, dostum.
Bu yerlər məni inudub,
Ayrılığı tez unudub.
Yerini ot, qanqal tutub,
Bənövşə kol yoxdu, dostum.
Ayrılığı bucaqlayım,
Dörd yanını ocaqlayım.
Səni necə qucaqlayım,
O əl, o qol yoxdu dostum.
Eh, xam xəyala dalmadan,
Kimsədən geri qalmadan,
Bir zamanlar ağ almadan,
Yığardıq bol.Yoxdur dostum.
Düşmənimi sındırmışam,
Baxışımla qandırmışam.
Körpüləri yandırmışam,
Geriyə yol yoxdu, dostum.
Kayıt Tarihi : 27.3.2022 08:41:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2022/03/27/geriye-yol-yoxdur.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!