Geriye qayıtmaz Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3774

ŞİİR


28

TAKİPÇİ

Geriye qayıtmaz

Dolub da boşalır aləm,deyil sirr,
Onların məzarı mənim üçün pir.
Həyat səhifəmdən itib də bir-bir,
Dünyanı başıma dar edənlərim.
Geriyə qayıtmaz ol gedənlərim.

Yayın istisini ayaz eyləyir,
Nəğməni kədərli avaz eyləyir.
Ruhunuz səmada pərvaz eyləyir,
Məni ayrılığa yar edənlərim.
Geriyə qayıtmaz ol gedənlərim.

Əbədi xəyala dalıb beynim də,
Ayrılıq izləri qalıb beynimdə.
Lirik mahnıları çalıb beynimdə,
Oyun havasına kar edənlərim.
Geriyə qayıtmaz ol gedənlərim.

Həqiqət yalan salmaz ki meyil,
Nə də ömür sürməz avarə, veyil.
Çevrilib baxıram, yanımda deyil,
Məni də yoxluqdan var edənlərim.
Geriyə qayıtmaz ol gedənlərim.

Sevinc Arzulu
Kayıt Tarihi : 22.12.2025 15:50:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!