Geri qayıtmaz Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Geri qayıtmaz

Insan devdiyini aıdadarmı heç,
Gəlib deyirsən ki günahımdan keç.
Şirin sözlə qəlb almağın gecdir gec,
Könül quşum uçub,geri qayıtmaz.

Səninlə çəkilib çörəim,ruzum.
Əvvəlki dadını itirib düzum.
Axıbdır əzizim,tale ulduzum
Işığını saçıb, geri qayıtmaz.

Eşqin vüsalına biz qonaq gələk,
Göylərdə görüşər iki saf mələk.
Yenə yolun salıb bizlərdən fələk.
Qapımızı açıb,geri qayıtmaz.

Haqq elmini dərk eyləyib gedənlər,
Qəlbdə yerin bərk eyləyib gedənlər.
Dünyamızı tərk eyləyib gedənlər,
Əcəl suyun içib geri,qayıtmaz.

Axşam düşür,günəş gedir batmağa,
Yorulubdur,haqqı vardır yatmağa.
Az qalıbdır arzusuna çatmağa.
Qəm otunu biçib,geri qayıtmaz.

Düşmənə inanmaq durur çox baha,
Baxmaram kədərə,baxmaram aha.
Qorxuda bilməzlər şairi daha,
Çətinlikdən keçib,geri qayıtmaz.

Göl dəniz tək sahilini daşammaz,
Dərdli ürək qarlı dağı aşammaz.
Sevinc daha bu dünyada yaşamaz.
Ölümünü seçib,geri qayıtmaz.

Sevinc Arzulu
Kayıt Tarihi : 11.6.2018 10:59:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu