Darıxmışam kəlməsini eşitsəm,
Qollarımı aça -aça gələrəm…
Baxmarameee, incimişəm, küsmüşəm,
Könlün varsa qaça-qaça gələrəm…
Tutunaram eşitdiyim bir səsə,
Mat qalarsan məndə olan həvəsə,
Yolumdakı qəlbiqırıq hər kəsə
Öz sevgimi saça -saça gələrəm…
Sevən kəslər öz eşqindən yarısın ,
Həsrət elə çoxalmasın , qarısın….
Eybi yoxdur, dil-dodağım qurusun,
Göz yaşımdan içə-içə gələrəm…
Darıxmağın ürəyimi dağlasa,
Dəli könlüm çaylar kimi çağlasa,
Fələk yerdə yollarımı bağlasa,
Allah haqqı, uça -uça gələrəm…
Kayıt Tarihi : 5.1.2025 17:46:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!