Göy üzündə dan söküldü,
Sanki necə can çöküldü.
Ürəyimdən qan töküldü,
Baxışların dəlib keçib.
Külək varsa, sərin meh nə,
Yağış yağan yerdə şeh nə.
Dünya özü boyda səhnə,
Bir gör kimlər gəlib keçib.
Çox qəribə dadır həyat,
Yarı təzə, yarı boyat.
Indi mənə yaddan da yad,
Arzularım gəlin köçüb.
Kayıt Tarihi : 28.6.2018 06:40:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2018/06/28/gelin-kocub-2.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!