Gelin Şiiri - Habil Yaşar 2

Habil Yaşar 2
19

ŞİİR


0

TAKİPÇİ

Gelin

Kədər libasını geyinmiş gəlin,
Pəncərə önündə intizar çəkir.
O, necə sevinsin, o, necə gülsün,
Bu cavan ömrünə qaranlıq çökür.

Lal olmuş dili də, baxışları da,
Özü öz içində ağlayır yazıq.
Yatıra bilməyir uşaqları da,
Əri rəhm etməyir ona azacıq.

Günlərdi yoldaşı gəlməyir evə,
Allahın zəngini çox görür ona.
Aldanıb şəhvətə, aldanıb kefə,
Xəyanət eləyir öz xanımına.

Dözür bu acıya namuslu gəlin,
Hər şeydən öncə o anadır, ana.
Yolunu gözləyib vəfasız ərin,
Heç nəyi bildirmir uşaqlarına.

Nə qədər çəkəcək bu dəhşət, zülm,
Görəsən bu dərdə son qoyulacaq?
Sualım çoxuna aiddir bilin,
Nə qədər qadınlar qan ağlayacaq?

08.01.2017 Habil Yaşar

Habil Yaşar 2
Kayıt Tarihi : 22.3.2019 19:35:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Habil Yaşar 2