Səmaya tuşlanan şad baxışları,
Göylər əks etdirib qaytarar geri.
Tezcənə daşlanar yad naxışları,
Çünki qəlbimizdə yox onun yeri.
Sənin qulağında payızın səsi,
Gözünün önündə köçür durnalar.
Mənim ürəyimdə bahar nəfəsi,
Qarşımdan qatarla keçir durnalar.
Buludlar günəşin üzünü örtər,
Elə bil günəş bir təzəgəlindir.
Həqiqət yalanın yüzünü ötər,
Ay Sevinc, deyəsən gəlhagəlindir.
30.11.2017
Kayıt Tarihi : 30.4.2018 07:02:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2018/04/30/gelhagelindir.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!