Sadəlikdən aliliyə yol gedər,
Addımlarım gah sağ, gah da sol gedər.
Qapımızdan qapınıza qol gedər,
Sonda hesab yəqin bərabər olar.
Açılıb da pəncərənin önündə.
Qızılgüllər saçılıb ad günündə.
Ay əzizim, sənin toy-düyünündə,
Yeyib-içmək boydan, sərasər olar.
Varmı görən həsrətindən betəri,
Qapın açıq, boylanmışam ötəri.
Eh, bu qədər kasıbçılıq yetəri,
Bir gün gələr, yaman gəlhagəl olar.
Kayıt Tarihi : 11.7.2020 15:12:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!