Hey çəkirəm təəssübün,
Yeri yox ki təəssüfün.
Mənə dərman təbəssümün,
Bir üzümə gülərmisən.
Teldə dəni gizləyirəm,
Çoldə çəni izləyirəm.
Təkcə səni gözləyirəm,
Məndən vüsal dilərmisən.
Ürəyimdə, canımda ol,
Ən fərəhli anımda ol.
Bir arzum var:”Yanımda ol”,
Görüşümə gələrmisən.
Kayıt Tarihi : 28.6.2018 06:44:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2018/06/28/gelermisen.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!