Külək qurudub tağları,
Viran edibdir bağları.
Yolumu kəsən dağları,
Bir anda aşım,gələrəm.
Nəğmə dedim gülə-gülə,
Şeir qoşdum qızılgülə.
Çəməndə çiçəyə,gülə
Gülüm,dolaşım.gələrəm.
Sünbüli-süsənlər ilə,
Inciyib küsənlər ilə.
Qarşımı kəsənlər ilə.
Bircə dalaşım.gələrəm.
Yoxdur taqətim,amanım,
Dərdi azalmır adamın.
Məzarı üstdə atamın,
Axar göz yaşım,gələrəm.
Şeir-İlahidən səsdir,
Şairliyim mənə bəsdir.
Mənim üçün müqəddəsdir,
Torpağım,daşım gələrəm.
Yetişsinlər səs-ünümə,
Gəlsinlər toy-düyünümə.
Yığılsınlar xoş günümə,
Dostum,sirdaşım,gələrəm.
Sevinc,sevin kamın ilə,
Tanın öz ilhamın ilə.
Icazə ver,hamı ilə
Mən vidalaşım,gələrəm.
Kayıt Tarihi : 10.6.2018 15:58:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2018/06/10/gelerem.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!