Məhəbbət yer üzün daim gəzər də,
Günəştək nur saçıb ömrü bəzər də.
Uzaqda dururam mən bəd nəzərdən,
Yolumdan dönürəm görəndə gəlir.
Başıma yığılar yar-yoldaşlarım,
Yamanca parlayar lə`l qaş-daşlarım.
Mənim gözlərimdən sevinc yaşları,
Səmimi ürəkdən güləndə gəlir.
Qəm gülün sevərək oxşayaq nədən,
Ömrü dərd içində yaşayaq nədən.
Demə qafiyələr baş-ayaq nədən,
Neynəyim,qəlbimə gələndə gəlir.
Sevinc Arzulu
Kayıt Tarihi : 13.6.2018 10:35:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2018/06/13/gelende-gelir.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!