Qəm gölünə çay gəlibdir,
Gözlə məni,gələcəyəm.
Hanı elin ehtişamı,
Kim söndürdü yanar şamı.
Yetişib vüsal axşamı,
Gözlə məni, gələcəyəm.
Qəlb evimdən daş tökülər,
Üzüyümdən qaş tökülər.
Gözlərimdən yaş tökülər,
Gözlə məni,gələcəyəm.
Könül evim viran qalıb,
Əzrail tək tiran qalıb.
Ölümümə bir an qalıb,
Gözlə məni, gələcəyəm.
Dərdi arayıb gəzərək,
Qəmi uzaqdan sezərək,
Fani dünyadan bezərək,
Mən də bir gün öləcəyəm,
Gözlə məni, gələcəyəm.
Kayıt Tarihi : 16.6.2018 10:24:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2018/06/16/geleceyem.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!