Geldi, apardı Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Geldi, apardı

Suyu ilinməz idin,
Dərdi bilinməz idin.
Gözəgörünməz idin,
Duman gəldi apardı.

Bələddim vərdişinə,
Dövrani- gərdişinə
Inandım haqq işinə,
Güman gəldi, apardı.

Yıxıtma dirəyimi,
Söykərəm kürəyimi.
Bilirsən, ürəyimi
Uman gəldi, apardı.

Gördüm etibarını,
Aramadın yarını.
Gizlətmişdim tarını,
Kaman gəldi, apardı.

Neynər pislər qəlbinə,
Qara hislər qəlbinə.
Acı hisslər qəlbinə,
Daman gəldi, apardı.

Sənsiz fənadır halım,
Hardasan, qadan alım.
Oldu fələk çox zalım,
Aman, gəldi apardı.

Izlədiyim vüsalı
Özlədiyim vüsalı,
Gözlədiyim vüsalı
Zaman gəldi, apardı.

Sevinc Arzulu
Kayıt Tarihi : 17.10.2021 16:45:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu