Gedirsnmi Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Gedirsnmi

Gedirsənmi? Gedişindən
Ipək xalım sökülər.
Hər tərəfə ilmələrin,
Qırıntısı tökülər.

Nədən qalsın ayaq altda
Ilmələrin rəngləri.
Nə susmur, nə ara vermir
Bax, telefon zəngləri.

Hər zəng edən soruşur ki,
Nə olub, nə xəbərdir.
Onlar üçün şirin olan,
Mənə acı zəhərdir.

Indi necə ayrılığın
Simasına gülüm mən.
Bir zaman dost saydığımın
Havasına gülüm mən.

Indi daha ayrılığın
Qapısı taybataydır.
Həqiqətdən qorxan vüsal
Ayrılığa bir taydır.

Sevinc Arzulu
Kayıt Tarihi : 7.9.2019 15:23:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu