Hara gedirsən, sarban,
Zülmətdə gecə yarı.
Başın üstdən uçmaz ki
Gecə durna qatarı.
Ay da girib buluda,
Yol-iz də görünməyir.
Dağlar qurtarmaq bilmir,
Dəniz də görünməyir.
Sağ-salamat çatasan,
Sarban, mənzil başına.
Vətənimə salam de,
Qurbanam hər daşına...
Kayıt Tarihi : 12.3.2020 14:08:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!