Söhbəti düzgünlər nəsdən diksinsə,
Qoşmalar, düzgülər pəsdən diksinsə,
Köhnəlmiş güzgülər səsdən diksinsə,
Gedəsən dünyanın axırınacan.
Qəlbini ümidsiz baxışlar üzə,
Yoluma buludsuz yağışlar düzə.
Kaş çata qəm-dərdsiz alqışlar yüzə,
Gedəsən dünyanın axırınacan.
Bu payız ömrümə son bahar gələ,
Atdığım bəxt zəri şeş-çahar gələ.
Yenə də görüşə aşiq-yar gələ,
Gedəsən dünyanın axırınacan.
22.07.2013
Kayıt Tarihi : 9.6.2018 17:02:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!