Gedersen Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Gedersen

Yadına məhəbbət olkəsi düşər,
Bəxtinə vüsalın bölgəsi düşər.
Üzünə fərəhin kölgəsi düşər,
Hərdənbir ismimdən keçib gedərsən.

Uyğulan çölümün sərinliyində,
Duyğulan gölümün dərinliyində.
Gündüzlər könlümün dərinliyindən,
Gecələr cismimdən keçib gedərsən.

Dünyanı ayaqdan başadək gəzib,
Qəlbə yad insanlar görməkdən bezib,
Boyasız gülüşü üzümdən sezib,
Boyalı rəsmimdən keçib gedərsən.
27.02.2019

Sevinc Arzulu
Kayıt Tarihi : 9.3.2019 10:25:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu