Yaramın közünü az qopar,gülüm,
Mən səndən ayrılıb gedə bilmirəm.
Qəlbimi özünlə gəl apar.gülüm,
Mən səndən ayrılıb gedə bilmirəm.
Üz-üzə dayansaq milyon il belə,
Axmaz Araz belə,olmaz lil belə.
Göz yaşından coşub daşsa Nil belə,
Mən səndən ayrılıb gedə bilmirəm.
Bulaq suyu təkcə bir udummu var,
Yenə yağış yağır,buludummu var.
Bir də görüşməyə ümidimmi var,
Mən səndən ayrılıb gedə bilmirəm.
Kayıt Tarihi : 13.6.2018 07:02:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!