Gecə məntək yalqızdır,
Gecə sanki qar qızdır.
Soyuqdanca üşüyür,
Qəlbində qəm daşıyır.
Əynində libası yox,
Çiynində əbası yox.
Ay onun öz danəsi,
Ulduzlar buz dənəsi,
Başqa cür parıldayır,
Başqa cür işıldayır ulduzların hərəsi.
Bəzən bu buz əriyir,
Yer üzərinə doğru sürət ilə yeriyir.
Düşüb yerə yox olur.
Bu gedişlər çox olub.
Gecə də qorxur yaman,
Bezib tənha qalmaqdan.
Mənimtək yalqız gecə,
Ovundurum mən səni
Gəlişimlə gizlicə.....
12.1.2013
Kayıt Tarihi : 9.6.2018 17:36:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2018/06/09/gecenin-yalgizligi.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!