Hey çağırır göy çəmənlər,
Günəşdən işıq əmənlər.
Dörd tərəfim yasəmənlər,
Ah, gəlir necə qoxusu.
Vüsal quzu kimi mələr,
Səsi-küyü könül dələr.
Düşmənlər üz-üzə gələr,
Qatılar öcə çoxusu.
Bu nə adət, bu nə törən,
Yoxmu güldən çələg hörən.
Nədən hazırlanıb görən,
Incədən incə duxusu.
Qaranlığı yarıb gedər,
Ulduzları sarıb gedər.
Yavaş-yavaş varıb gedər,
Gündüzün gecə yuxusu.
Gözü önər ayrılığın,
Közü sönər ayrılığın.
Üzü dönər ayrılığın,
Gəlməz ki vecə qorxusu.
Kayıt Tarihi : 22.5.2020 07:49:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2020/05/22/gece-yuxusu.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!