Gece yağışı Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Gece yağışı

Fərəhimiz susmayıbmış,
Ayrılıqdan “Sus” alıbmış.
Torpaq necə sussayıbmış,
Bulud, gecə yağışınçun.

Elə bil dayanıb zaman,
Fələk vermir bizə aman.
Bəyaz rəngi etdim qurban,
Qəlbim. İncə naxışınçun.

Çöl-cəməni görərdim mən,
Əlvan çələng hörərdim mən.
Dünyaları verərdim mən,
Sənin bircə baxışınçun.

Yer üzünə ulduz çökər,
Torpağın bağrını sökər.
Neçəsi göz yaşı tökər,
Kirimişcə axışınçun.

Sevinc Arzulu
Kayıt Tarihi : 19.1.2022 06:16:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu