Gece kimi Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3650

ŞİİR


27

TAKİPÇİ

Gece kimi

GECƏ KİMİ

Dözəmmirəm möhnətinə,
Verdiyi lal töhmətinə.
Qərq eyləyir zülmətinə,
Qara gözlər gecə kimi.

Hicrin gözün oymayırsan,
Qaysağını soymayırsan.
Dostlarını saymayısan,
Almayırsan vecə kimi.

Sevda bal tək bir qidadır,
Şirin vüsal tək nidadır.
Son sözlərin əlvidadır,
İlk sözlərin heca kimi.

Qış günündə bi nə işdi,
Ayrılıq soyuqdan bişdi.
Bəlkə göydən alma düşdü,
Nolar, sayaq üçə kimi.

Rəqib sənə yar olacaq,
Günün biri xar olacaq.
Dünya sənə dar olacaq,
Bizim ensiz küçə kimi.
04.04.2025.

Sevinc Arzulu
Kayıt Tarihi : 5.4.2025 06:21:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!