Mən öskürmək istəyirəm,
İçimdən şiddət qarışıq.
Mən püskürmək istəyirəm,
Kin ilə nifrət qarışıq.
Arzularım gəlmir saya,
Yel gərək aləmə yaya.
Boylanmaram günə, aya
Bir belə hiddət qarışıq.
Sandın ki ucada durdun,
Qəlbində min plan qurdun.
Dostum, özün yerə vurdun,
Mənliyin hörmət qarışıq.
Bu gələn sənmisən?Aha.
Ziyarətin zərdən baha.
Dinləyə bilmirəm daha.
Söz-gapın qeybət qarışıq.
Bir an çəkər axışım da,
Qara rəng çox naxışımda.
Görürsənmi baxışımda,
Sual var heyrət qarışıq.
Eh, daha gecdir barışıq.
Kayıt Tarihi : 27.3.2022 08:40:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!