Nə bəlalar gələcəkmiş başına,
Qan çilənər torpağına, daşına.
Baxma nolar, gözlərimin yaşına,
Bu fikrində qal əbədi, əzizim.
Nə baxırsan gül-çiçəlki dəməndə,
Bir baxışdan səni salar kəməndə.
Görünməzki nə dumanda,nə çəndə,
Yalan dünya ağ dəvədi, əzizim.
Zalım fələk bir tamaşa oynayır,
Dünya onu seyr etməkdən doymayır.
Istəklərim bulaq kimi qaynayır,,
Çəmən sanki gül gəbədi, əzizim.
Kayıt Tarihi : 15.1.2020 06:51:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!