Futbol Marşı Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Futbol Marşı

Fit çalınır, oyunçular,
Cəmi on bir oyunçu var.
Bəzər yeri yaşıl otlar,
Əziləcək hər qarışı,
Səslənəcək futbol marşı.

Başda igid kapitanı,
Topa bağlı hər bi anı,
Sevindirər bu meydanı,
Uzağa dikilər baxşı,
Səslənəcək futbol marşı.

Oyunçular gözəl oynar,
Top qovmaqdan çətin doyar.
Qapıçı topu yaxın qoyar?
Alqış sənə, sağ ol, yaxşı.
Səslənəcək futbol marşı.

Harda qaldı hücumçular?
Rəqib qapıya hücum var.
Qol vurub zəfər çalarlar,
Qalib tərk edər yarışı,
Səslənəcək futbol marşı.

Dostum, lazımi yerdəsən,
Həmişə ön mövqedəsən,
Yarılmasın müdafiən.
Hakim düzə çıxmaz qarşı,
Səslənəcək futbol marşı.

Neçə-neçə zəfər çalsın,
“Çempion” adını alsın.
“Şirvan”, sənə uğur olsun,
Oyunda gətirsin naxşın,
Səslənəcək futbol marşı.

Sevinc Arzulu
Kayıt Tarihi : 11.7.2020 15:13:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu