Yazıram şeir, ya da qafiyələr toplusu.
Başım qaçıb, gicləşib,
Fikirlərim mənasızlıq ordusu.
Hücum çəkir kəlmələrim cümlələrin üzərinə,
Və nöqtə, hər ikisini öldürür.
Televizor səsi bütün fikirləri söndürür.
Nə gözləmək olar indi məndən?
Şeir yazmağım?
Ya doğru yoldan uzaqlaşıb azmağım?
Axı nə gözləmək olar indi məndən?
Belə bir şəraitdə qafiyəli sözlər yazım?
Axı nəyə lazım, kimə lazım?
Kayıt Tarihi : 17.9.2021 21:15:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.