Vətən tarixindən yaddaşın vardı.
Neçə dostun vardı, yoldaşın vardı.
Hələ cavan idin, nə yaşın vardı,
Haqqın rəhmətinə qovuşdun, oğul.
Sən getdin, pozuldu evin növrağı,
Ucaya qaldırdın al rəng bayrağı.
Ana tək sevirdin qara torpağı,
Əbədi məskənə yovuşdun, oğul.
Atasız böyüdün, ananı sevdin,
Sənə cani-dildən yananı sevdin.
Arxası, dayağı sananı sevdin,
Son dəfə de, necə görüşdün, oğul.
Bacın oğlu səndən sonra doğuldu,
Adını yaşadan körpə noğuldu.
Düşmən öz qanında batdı, boğuldu,
Talışda sonadək döyüşdün, oğul.
Duanı oxuyur mələklər belə,
Ruhunu oxşayır küləklər belə.
Əyilib dərdiyim çüçəklər belə,
Səni arzulayıb soruşdu, oğul.
Müqəddəs arzuna çatdınmı, Fəxri,
Düşmənə gülləllələr atdınmı, Fəxri.
Məzarda rahatca yatdınmı, Fəxri,
Qarabağ həsrəti sovuşdu,oğul.
Kayıt Tarihi : 6.4.2021 11:45:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!