Fərid, çox böyümüsən,
Tamamdır on səkkizin.
Esmiraya min əhsən,
Daim gülsün bənizin.
Anan böyüdüb səni,
Əzabla, əziyyətlə.
Kimə oxşamısan sən,
Alaçiy məziyyətlə.
Bilirəm, Esmiranın,
Nabatısan, noğlusan.
Fərid, sən həm Ananın,
Həm vətənin oğlusan.
Artıq vətən çağırır,
Sən də əsgər gedərsən.
Bu söz fərəh doğurur
Bax, vətəndir əmr edən.
Sən hərbi paltarında,
Igid,mərd olacaqsan.
Əsgərlər qatarında
Gözəl fərd olacaqsan.
Kişilik məktəbini.
Keçib yaşa dol, Fərid.
Komandirin əmrinə,
Hər vaxt hazır ol,Fərid.
Güldürsün səni həyat,
Indi gözəl zamandır.
Sağ get, qayıt salamat,
Dünya əmin-amandır.
Kayıt Tarihi : 11.9.2019 10:35:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!