Insanlar heç zaman tiran olmaya,
Könül gülzar ola, viran olmaya.
Vüsalın ömrü, eh, bir an olmaya
Gecə də gündüzün fərağındayam.
Allahın mərhəmət qapısın açım,
Xəyal qanadında göylərə uçum.
Bəlkə var, bəlkə yox azacıq suçum,
Tanrının bəmbəyaz varağındayam.
Təbiət geyibdir al-əlvan donu,
Asta eşidilir yelin səs tonu.
Deyəsən gəlibdir dünyamın sonu,
Ayrılıq yolunun qırağındayam.
25.02.2013
Sevinc Arzulu
Kayıt Tarihi : 9.6.2018 17:37:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!