Feqan olur Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Feqan olur

Sənsizlik əlindən göynəyir içim,
Kədərin libasın mən necə biçim.
Gecəni zülmətdə gördüyü üçün,
Səhər dan yerinin bağrı qan olur.

Sanma daş şəhərə təzə köçmüşəm,
Bu ensiz küçəni min yol keçmişəm.
Boylana bilmirik bəzən keçmişə,
Eh, insan nə yaman unutqan olur.

Bəzən düz demişik səhvə, yanlışa,
Ağıllı adamlar doğru danışar.
Insan güvənmiirsə dosta-tanışa,
Sonunda çəkdiyi ah-fəqan olur.

Sevinc Arzulu
Kayıt Tarihi : 30.4.2018 07:41:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu