Felekden birgün çaldıq Şiiri - Sevinc Ar ...

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Felekden birgün çaldıq

Duman dağlarda azıb.
Özünə məzar qazıb.
Beş-altı kitab yazıb,
Deyən tarixdə qaldıq.

Suyun üstündə durub,
Rəqib qum saray qurub.
Yaxşıca zərbə vurub,
Sözünü yerə saldıq.

Göy üzündə min boya,
Zülmətdən bəlkə doya.
Söykənib pianoya,
Necə xəyala daldıq.

Həyat özü qurucu.
Darıxmaq çox yorucu,
Bizi sevər oxucu,
Gözəl mükafat aldıq.

Minbir çalar tonunda,
Bizdik mələk donunda.
Axırı ki sonunda,
Fələkdən bir gün çaldıq.

Sevinc Arzulu
Kayıt Tarihi : 7.1.2023 18:57:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu