Felek nece qıydı sene Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3698

ŞİİR


27

TAKİPÇİ

Felek nece qıydı sene

Dilində bəd duası yox,
Nə nazı, nə ədası yox.
Səs-səmiri,sədası yox,
Fələk necə qıydı sənə.

Çöl-çəməni gəzmədimi,
Tənhalıqdan bezmədimi.
Lal ürəyin dözmədimi,
Fələk necə qıydı sənə.

Əskik olmazdı alqışı,
Sevməzdi nalə-qarğışı.
Qarşılamaz gələn qışı,
Fələk necə qıydı sənə.

Üzügülər, boyu bəstə
Dərd gətirdin sən dərd üstə.
Əzizlərin saldın xəstə,
Fələk necə qıydı sənə.

Haqq-nahaqqı görsün Tanrı,
Qəm çələngi hörsün Tanrı.
O dünyanı versin Tanrı,
Fələk necə qıydı sənə.

Sevinc Arzulu
Kayıt Tarihi : 29.6.2018 07:09:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu