Məni kədərlə süzür.
Yanağıma yaş düzür.
Qəlbimi yaman üzür,
Körpənin ağlaması.
Yel-boran adət olur,
Qopur.qiyamət olur.
Bəzən fəlakət olur,
Çayların çağlaması.
Xoşmu keçir hər anın,
Əsiriyik zamanın.
Çəkilməzdir hicranın
Qəlbimi dağlaması.
Səmada süzən mələk,
Hüzuruna biz gələk.
Özünə qalsın,fələk
Dərd-qübar bağlaması.
Yox əvvəlki qüdrətin,
Barışmaz ki afətin.
Ağır olur həsrətin
Önümü bağlaması.
Kayıt Tarihi : 21.4.2022 15:11:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!