Nolar, bircə çiçək göndər adıma,
Şirin xəyal yalnız çatır dadıma.
Dönəm-dönəm hey düşürsən yadıma,
Onsuz səni unutmaqda fayda yox..
Zalım fələk yenə qəmi güldürür,
Fərəh hissin yaddaşımdan sildirir.
Hərə bir cür sevgisini bildirir,
Məhəbbətdə nə qanun, nə qayda yox.
Sözüm vardır mənim tənha, yalqıza,
Bircə məktub yazmısanmı o qıza.
Günəşi gör, vurulma heç ulduza,
Eşqinizi yerdə tapın, ayda yox.
Kayıt Tarihi : 15.1.2020 06:50:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!