Yerə duman çökülər,
Bağrım başı sökülər.
Qızılgüllər tökülər,
Qurduğunuz bu himə.
Fatimə.
Sən bir qaragöz maral,
O sanki cavan qartal.
Qismətin oldu Tural,
Vurulmusan gör kimə.
Fatimə.
Axar sular durular,
Toy mağarı qurular.
Qorxuram ki qırıla,
Toxunma sarı simə.
Fatimə.
Kayıt Tarihi : 19.3.2020 10:48:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!