Fatehlerin divanı Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Fatehlerin divanı

Hər yan sudur, ruhum ada.
Tək-tənhayam bu dünyada.
İtirmişəm boz səhrada,
Karvanımın sarvanını.

Ayrılıq dönər yağıma,
Hicran keçər sol-sağıma.
Kim pıcıldar qulağıma
Vüsalın son ünvanını.

Azadlıq şərbətin içib,
Sülhü yaxın həmdəm seçib.
Dünya çoxdan görüb keçib,
Fatehlərin divanını.
16.10.2018.

Sevinc Arzulu
Kayıt Tarihi : 16.10.2018 12:07:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu