Səninlə görüşə könlüm tələsər,
Yolumu nə çaylar, nə göllər kəsər.
Adını çəkəndə ürəyim əsər,
Mənim şair qəlbim deyil ki dəmir,
Ay ilk məhəbbətim-əziz Kürdəmir.
Bəlkə milyon dəfə keçilmisən sən,
Hər kənddən, şəhərdən seçilmisən sən.
Kim deyir getdikcə kiçilmisən sən?
Evlərdən kəsilməz xoş səda-səmir,
Ay ilk məhəbbətim-əziz Kürdəmir.
Borcumu de necə qaytatıb verim,
Kiçicik töhfədir sənə bu şerim.
Sən mənim and yerim, əhd-peyman yerim,
Hər vaxr özlədiyim doğma ocaq, pir,
Ay ilk məhəbbətim- əziz Kürdəmir.
Ay çıxanda günəş batır qoynunda,
Külək əsir, yağış atır qoynunda.
Neçə-neçə şəhid yatır qoynunda,
Adını tarixə yazdı Əbu- Bəkir,
Ay ilk məhəbbətim, əziz Kürdəmir.
Qızılgül ətrinə batmasam olmaz,
Kədəri, qüssəni atmasam olmaz.
Sənin vüsalına çatmasam olmaz,
Xəyalın maqnit tək özünə çəkir,
Ay ilk məhəbbətim-əziz Kürdəmir.
Kayıt Tarihi : 30.12.2019 06:41:00
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!