Bu dünyanı alğışları əbədi,
Üzü dönsə qarğışları əbədi.
Gözyaşı tək yağışları əbədi,
Bu dünyanın üz qabığı soyulmur.
O gözlərın ağlamış yenə nəmmi,
O gözləri ağladan yenə mənmi.
O gözlərdə oxunan dərdmi, qəmmi,
Bu dünyanın əzabından doyulmur.
Sevdalımın sevgisini duymadım,
Həqiqətin işığına uymadım.
Üzr istəyib günahımı yumadım,
Bu dünyanın dərdinə son qoyulmur.
05.12.2018
Sevinc Arzulu
Kayıt Tarihi : 5.12.2018 20:18:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!