Eylemisen Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Eylemisen

Danışıram öz-özümə,
Baxmayırsan heç sözümə.
Kimsə görünmür gözümə,
Dərdi duman eyləmisən.

Daha xəyal gəlmir kara,
Dünya yenə geyib qara.
Baş əymərəm namərd xara,
Sən nə güman eyləmisən.

Nələr dedi falabaxan,
Başımdakı şala baxan.
Gözlərimi yolabaxan,
Möcüz uman eyləmisən.

Qəm zəmisi indi dən-dən,
Dolu vursun onu hərdən.
Dəli könlü təkcə səndən,
Sevgi uman eyləmisən.

Sevinc Arzulu
Kayıt Tarihi : 14.6.2018 20:18:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu