Ey dostum Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Ey dostum

Yazıram, yaradıram gələndə ilham, ey dostum,
Şeriyyət ilə dolu mənim iç dünyam, ey dostum.
Gecədən sübhə kimi gözlərimi yummayıram,
Baxıram, cismim təkin əriyir ağ şam, ey dostum.

Sevginin zirvəsində Yusifi-Kənan oturub,
Bunca bədbəxtlər içrə necə alır kam, ey dostum.
Titrəyir barmaqlarım toxunanda ağ vərəqə.
Bilmirəm hardan düşür qəfildən axşam, ey dostum.

Sevincəm, nə tüstümü, nə də yanğımı görərlər,
Ikiyə bölünmüşəm, deyiləm bir tam, ey dostum.
Vüsala çatmayıban bəlalara düçar oldum,
Ya rəqibim arifdir, yada ki mən xam, ey dostum.
26.05.2017

Sevinc Arzulu
Kayıt Tarihi : 25.4.2018 19:16:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu