Heç yerə qoymayırsız,
Evinizin xanıyam.
Öpməkdən doymayırsız.
Pətək dolu şanıyam.
Sarışın oğulmuşam,
Ağappaq noğulmuşam.
Baharda doğulmuşam,
Sübhün qızıl danıyam.
Heç yatmağa qoyanam,
Yuxudan tez doyanam.
Səhər erkən oyannam,
Şəfəqləri sanıyam.
Qardaşımın həvəsi,
Ata-anamın nəfəsi.
Məni sevən hər kəsin,
Gözəl, şirin anıyam.
Yaş gələr yaşım üstə,
Tellərim qaşım üstə.
Durmusuz başım üstdə,
Sizi gərək tanıyam.
Kayıt Tarihi : 14.7.2023 10:31:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!