Etme meni Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Etme meni

Gedərəm izlərimnən
Gəzərəm dizlərimnən.
Yarəb, əzizlərimnən
Imtahan etmə məni.

Ürəyimdə daş uyar
Gözlərimi yaş yuyar.
Hisslərimi kaş duya,
Qəm dadan etmə məni.

Qəmdən əzilər ürək,
Dərddən nazilər ürək.
Allah, bəziləri tək,
Key, nadan etmə məni.

Hər vaxt üzüm ağ olsun.
Ətraf güllü bağ olsun.
Övladlarım sağ olsun,
Natəvan etmə məni.

Yaşamı hədər oldum,
Qəlblərə kədər oldum.
Dünyadan gedər oldum,
Təxt-rəvan etmə məni.
31.05.2019

Sevinc Arzulu
Kayıt Tarihi : 8.6.2019 18:58:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu