Etiraz dalğası Şiiri - Sevinc Arzulu

Etiraz dalğası

Hər şey dağınıqdır, uçuq ev kimi
Stullar hardadır, stol hardadır.
Ayrılıq dayanıb qara dev kimi
Bilməyir sağ harda,ya sol hardadır.

Beləcə keçərək bütün sərhəddi,
Qara dev özü də yaman çaşıbdır
Əyilib suala dönübdür qəddi,
Ala-boz dərisi qaralaşıbdır.

Ümid minə bilmir gediş atına,
Könlümdən kəməndin halqası keçir.
Dünyanın qəribə gedişatına,
Içimdən etiraz dalğası keçir.
01.01.2018

Sevinc Arzulu
Kayıt Tarihi : 5.5.2018 08:07:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu