Esrimizin faciesi Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Esrimizin faciesi

ƏSRİMİZİN FACİƏSİ
(Qardaş Türkiyədə Kahramanmaraş zəlzələsində
həyatlarını itirənlərin əziz xatirəsinə )

Əsrimizin faciəsi,
Fəlakətin ayaq səsi,
Alnımıza yazılıbmış.
Torpaq altda çoxlarının
Daş məzarı qazılıbmış.

Nə vaxtdır ki deyirdilər,
Yenə zəlzələ gəzir.
Insanların içindəcə,
Qorxu, vəlvələ gəzir.

Neçə-neçə tikintidə,
Başbilən nöqsan etdi.
Zəlzələ on əyaləti
Yer ilə yeksan etdi.


Türk bizim qardaşımız,
Bir millət, iki dövlət.
Əbədi sirdaşımız,
Tükənməzdir bu qüdrət.

Dost dar gündə bilinər,
Ağrı-acı silinər.
Axar sular ilinər,
Hökm eyləsə təbiət.

Türküm,onu yoxa say,
Alma düşmənindən pay.
Oğurluq edərsə hay,
Təəccüb etmə:adət.

Fələk yeni biçimdə,
Qorxu vardır içimdə.
Bircə anın içində,
Dağıldı on vilayət.

Sel tək dolub daşarıq,
Acını da yaşarıq.
Dərd dağını aşarıq,
Düzə ennik nəhayət.

Altı fevral gecəsində
Faciəni yaşadıq.
Zəlzədə ölənləri,
İtənləri oxşadıq.

Zülmət danın içində,
Laylay yatanlar, laylay,
Bircə anın içində
Yerə batanlar laylay.

Şirin yuxuya dalıb,
Günəş görənlər,laylay.
Axşam yerini salıb,
Səhər ölənlər,laylay.

Uyğusunda sabaha
Plan quranlar, laylay.
Dözməyib nalə-aha,
Qəlbu duranlar laylay.

Dərdini söyləmə dərd anlamaza,
Qoyma nur adamlar zülmətdə aza.
Gündə düz beş kərə durram namaza.
Azalmaz Tanrıma hiss-həyəcanım.

Yatmayır Türk eli, daim oyaqdır,
Türkiyə dövləti nurlu mayakdır.
Çətində həmişə arxa-dayaqdır,
Təmənna güdməz ki dostlar, ay canım.

Həqiqət aşiqi olar TÜRK deyən,
Ədalət adlanan bəyaz kürk geyən.
Gördü dara düşüb şanlı Türkiyəm,
Yardıma tələsdi Azərbaycanım.

Qəfil gələn bu bəlanın,
Qarşısı alınarmı?
Bu möhnətin, bu məlalın,
Son zəngi çalınarmı.

Sanırdılar pulu ilə
Şən bir güzar aldılar.
Demə əbədi yatmaqçun
Toplu məzar aldılar.

Köhnə evlər sağlam ikən,
Yeni evlər uçuldu.
Hardasan ay evi tikən,
Arzuları puç oldu.

Sən pul qazanasan deyə,
Sementini az etdin.
Evləri qaldırıb göyə
Tikib muraza yetdin.

Demə məni bağışlayın,
Nöqsan oldu, səhv oldu.
Sənin günahın ucundan,
Min-min insan məhv oldu.

Əgər normal tikilsəydi
Bu binalar əzəldən.
Daş-betondan tökülsəydi,
Uçmazdı zəlzələdən.

Torpaq altda neçə-neçə
Insan qaldı,adam qaldı.
Ölmün acı şərbətini,
Anındaca dadan qaldı.

Insan dünyanın qonağı,
Riyaya vardır qınağı.
Bu bir Tanrının sınağı,
Alnıaçıq çıxdıqmı?

Çoxusunun qəlbi dağlı,
Çoxusunun qapsı bağlı.
Əlimizlə, insan oğlu
Evimizi yıxdıqmı?

Sabahda, dündə yaşarkən,
Avazda, ündə yaşarkən,
Işıqlı gündə yaşarkən,
Zülmətin əlin sıxdıqmı?


Övladını itirmək
Zülümdən də zülümdü.
Hansı yana baxırsan,
Qan-qadadı, ölümdü.

Tezcənə istəyirdik,
Binaları çapılsın.
Biz də nəzir demişdik,
Tələbələr tapılsın.

Həlak oldu dörd oğul,
Qəhr edildi gələcək.
Görəsən dünya bizə,
Nə zamansa güləcək?

Anaların göz yaşı,
Axır.Dayana bilmir.
Balasını çağırır,
Bala oyana bilmir.

Göz yaşını uduruq,
Hamımız yas tuturuq
Humama və Şahinə,
Gündüzə və Samirə.

Bitmədi təhsiliniz,
Olmadı tam, cavanlar.
Behişt olsun yeriniz,
Sizin, nakam cavanlar.

Dost tək verək əl-ələ,
Çıxaq nurlu sabaha.
Nə sel,nə də zəlzələ.
Olmasın heç bir daha.

Sevinc Arzulu
Kayıt Tarihi : 18.2.2023 09:18:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu