Saatları günlər aya ötürüb,
Xoş zamanı il özünə götürüb.
Sanırdım ki daha saya oturub,
Xatirələr yırğalayır gəmimi.
Hey sınadın iradəylə, dözümlə,
Alışdırma ocağımı közünlə.
Yollarımı gəl bağlama sözünlə,
Kim siləcək gözlərimin nəmini.
Ayrılığın küləyini yaymazdım,
Vüsalından ömür boyu doymazdım.
Həsrət ilə səni tənha qoymazdım,
Niyə qıydın mənə eşqin qəmini.
12.02.2019
Kayıt Tarihi : 9.3.2019 10:27:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!